Yuxarı

​Çində sərnişin avtobusu yanıb, 14 nəfər ölüb

Həmçinin yanğın zamanı 30 nəfər xəsarət alıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Çində sərnişin avtobusunda baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Faciə ölkənin Ninsya-Xueysk muxtar rayonunun inzibati mərkəzi sayılan İnçuan şəhərində qeydə alınıb. Zərərçəkənlərin hamısı xəstəxanalara çatdırılıb. Hadisənin təfərrüatları araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi