Yuxarı

​Çində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər ölüb

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub

Bakı. 2 iyul. REPORT.AZ/ Çinin Tyançzin şəhərindən Çzisyana hərəkət edən sərnişin avtobusu ölkənin şimalında qəzaya uğrayıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Nəticədə avtobus yoldan çıxaraq dərin çuxura düşüb. Qəza zamanı 26 nəfər ölüb.

Xilasedicilər cəmi 4 nəfərin sağ qaldığını bildiriblər. Bunlar avtobusun ikinci sürücüsü, iki sərnişin və daha bir nəfərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi