Çində ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə TASS xəbər yayıb.
Məlumata görə, hadisə Yançzyan şəhər dairəsi yaxınlığında, Şenyan-Haykou magistral yolunda qeydə alınıb. Həmin magistral xətdə hərəkət edən sərnişin avtobusu naməlum səbəbdən çevrilərək aşıb. Hadisə nəticəsində 7 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.