Çində sərnişin avtobusu aşıb: - 9 ölü, 11 yaralı

Çində sərnişin avtobusu aşıb: - 9 ölü, 11 yaralı İçində 39 nəfər sərnişinin olduğu avtobus yolda qəfil çevrilib
Digər ölkələr
21 Avqust , 2016 07:12
Çində sərnişin avtobusu aşıb: - 9 ölü, 11 yaralı

Bakı. 21 avqust. REPORT.AZ/ Çinin cənub-qərbindəki Quyçjou vilayətində baş vermiş yol qəzasında 9 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Sina" portalı xəbər yayıb.

Məlumata görə, Anşun şəhər dairəsində baş vermiş hadisə zamanı daha 11 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, içində 39 nəfər sərnişinin olduğu avtobus yolda qəfil çevrilərək aşıb.

Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağırdır.

Polis qəzanın səbəbləri ilə bağlı təhqiqata başlayıb. 

Son xəbərlər

Orphus sistemi