Yuxarı

​Çində şaxta uçub, uçqun altında qalan fəhlələrin sayı bilinmir

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır

Bakı. 25 dekabr. REPORT.AZ/ Çinin Şandun əyalətində gips şaxtası uçub, uçqun altında qalanlar var.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Hadisə ölkənin şərqində Lini şəhər dairəsinin Pini qəzasında baş verib. Yerli hakimyyət nümayəndələri şaxtadakı işçilərin sayı haqda dəqiq məlumat verməyib, lakin onların sayının çox olduğunu bildirib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi