Yuxarı
    Bağlamaq

    Çində rüşvət almaqda ittiham edilən dövlət məmuru edam olunub

    Məhkəmənin qərarı ilə Çjao Lipinə məxsus 291 min dollarlıq əmlak da müsadirə edilib

    Bakı. 26 may. REPORT.AZ/ Çinin Xalq Siyasi Məsləhət Şurasının Daxili Monqolustan Muxtar Bölgəsi Komitəsi başçısının müavini Çjao Lipin barəsində çıxarılan edam hökmü mayın 26-da səhər saatlarında icra olunub.

    “Report” TASS-a istinadən xəbər verir ki, o, 3,4 milyon dollar məbləğində rüşvət almaqda, qəsdən adam öldürməkdə ittiham olunub.

    Məhkəmənin qərarı ilə Ç.Lipinə məxsus 291 min dollarlıq əmlak da müsadirə edilib.

    Məlumata görə, onun barəsində ölüm hökmü bu il fevralın sonunda Çinin şimalında yerləşən Şansi Əyalət Məhkəməsi tərəfindən çıxarılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi