​Çində qəza baş verən mədənin sahibi intihar edib

​Çində qəza baş verən mədənin sahibi intihar edib O, intihardan əvvəl dağıntılar altında qalanların axtarışına qatılıb
Digər ölkələr
27 Dekabr , 2015 11:39
​Çində qəza baş verən mədənin sahibi intihar edib

Bakı. 27 dekabr. REPORT.AZ/ Çində uçularaq faciəyə səbəb olan gips mədəninin sahibi intihar edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Ma Konqbonun meyiti bu gün müəssisə ərazisindəki quyudan tapılıb.

O, özünə qəsd etməzdən əvvəl dağıntılar altında qalanların axtarışında iştirak edib. Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfəri xilas etmək mümkün olub. Hazırda 17 mədənçi dağıntılar altındadır, onların aqibəti məlum deyil.

Çində əmək təhlükəsizliyinə riayət etməməyə görə şirkət rəhbərləri və yerli məmurları həbs cəzası gözləyir.

Pini qəzasındakı mədəndə qəza dekabrın 25-də baş verib. Dağıntının səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi