Çində qaz partlayışı nəticəsində 5 nəfər ölüb - VİDEO

Çində qaz partlayışı nəticəsində 5 nəfər ölüb - VİDEO Partlayış zamanı 89 nəfər yaralanıb
Digər ölkələr
5 İyul , 2017 05:13
Çində qaz partlayışı nəticəsində 5 nəfər ölüb - VİDEO

Bakı. 5 iyul. REPORT.AZ/ Çinin Szilin vilayətində təmir işləri zamanı qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış zamanı 89 nəfər yaralanıb.

Faciə Sunyuan şəhər dairəsinin Nintszyan rayonunda baş verib. Xəstəxana yaxınlığında kanalizasiya borularının təmiri zamanı qaz sızması olub. Hadisə yerinə fövqəladə xidmət əməkdaşları gəliblər. Partlayış onlar qaz sızmasını aradan qaldıran zaman baş verib.

Son xəbərlər

Orphus sistemi