Çində qasırğa nəticəsində 22 nəfər ölüb

Çində qasırğa nəticəsində 22 nəfər ölüb Çində Lekima superqasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, daha 10-u itkin düşmüş hesab olunur.
Digər ölkələr
10 Avqust , 2019 19:30
Çində qasırğa nəticəsində 22 nəfər ölüb

Çində "Lekima" superqasırğası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, daha 10-u itkin düşmüş hesab olunur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl 18 nəfərin öldüyü, 14-nün isə itkin düşdüyü məlum idi.

Çjetszyan əyalətinin Vençjou şəhərində güclü yağışlar dağın bir hissəsinin uçmasına və çayın qarşısını kəsməsinə səbəb olub. Nəticədə təqribən 120 nəfər su basmış ərazidə qalıb.

Yüzlərlə polis və yanğınsöndürən axtış-xilasetmə işlərinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi