​Çində qanunsuz dərman ticarəti ilə məşğul olan 135 nəfər həbs edilib

​Çində qanunsuz dərman ticarəti ilə məşğul olan 135 nəfər həbs edilib Həbs olunanların 10-u səhiyyə sahəsində çalışıb
Digər ölkələr
21 May , 2016 16:37
​Çində qanunsuz dərman ticarəti ilə məşğul olan 135 nəfər həbs edilib

Bakı. 21 may. REPORT.AZ/ Çində sosial şəbəkədə qanunsuz olaraq dərman preparatlarının satışı ilə məşğul olan 135 nəfər məhkəmənin qərarı ilə həbs edilib. "Report"un BBC-yə istinadən məlumatına görə, onların hamısı ölkənin 22 əyalətinin sakinidir.

Həbs olunanların 10-u səhiyyə sahəsində çalışır. Onlar səhlənkarlıq maddəsi ilə ittiham olunurlar.

Məhkumların çoxu dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham ediliblər.

Onlar bir sıra xəstəliklərin, o cümlədən quduzluq, hepatit "B", polimielitə qarşı vaksinlərin baha qiymətə satışı ilə məşğul olublar. 

Son xəbərlər

Orphus sistemi