​Çində polislə etirazçılar arasında qarşıdurmada 68 nəfər xəsarət alıb

​Çində polislə etirazçılar arasında qarşıdurmada 68 nəfər xəsarət alıb Asayiş keşikçiləri 40 etirazçını saxlayıb
Digər ölkələr
18 May , 2015 17:22
​Çində polislə etirazçılar arasında qarşıdurmada 68 nəfər xəsarət alıb

Bakı. 18 may. REPORT.AZ/ Çinin Sıçuan əyalətinin Quaunan şəhərinin Linşuy qəsəbəsində etiraz aksiyaçıları ilə polis arasında yaranan qarşıdurma nəticəsində 68 nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli rəsmi KİV məlumat yayıb.

Etiraz aksiyası iştirakçıları yerli hakimiyyətdən qəsəbəyə dəmiryolu çəkilməsini tələb ediblər. Sakinlər bildirib ki, bu nəqliyyat vasitəsi onlar üçün vacibdir.

Məlumatda bildirilib ki, aksiyaçılar bir neçə avtomobili yandırıb. Asayiş keşikçiləri 40 etirazçını saxlayıb. Qarşıdurma nəticəsində 30 polis əməkdaşı və 38 aksiya iştirakçısı xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi