Ötən gün Çində koronavirusa cəmi 4 yoluxma qeydə alınıb

Ötən gün Çində koronavirusa cəmi 4 yoluxma qeydə alınıb Son bir gündə Çində koronavirusa yoluxmuş 32 pasiyent sağalıb, ölüm hadisəsi qeydə alınmayıb.
Digər ölkələr
30 Aprel , 2020 06:57
Ötən gün Çində koronavirusa cəmi 4 yoluxma qeydə alınıb

Son bir gündə Çində koronavirusa yoluxmuş 32 pasiyent sağalıb, ölüm hadisəsi qeydə alınmayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin xəbərində bildirilir.

Qeyd edilir ki, son bir gündə cəmi 4 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onların hamısı xarici ölkələrdən gələn Çin vətəndaşlarıdır. Yeni yoluxmalar Şanxayda aşkarlanıb.

Hazırda Çində toplam olaraq 1 664 nəfər xaricdən gələn vətəndaşda koronavirus xəstəsi var. Xəstələrdən 13-ü ağır vəziyyətdədir, 1 139 insan sağalıb, xaricdə yoluxmuş vətəndaşların heç biri ölməyib.

Epidemiyanın mərkəzi Hubey əyalətində bir gün ərzində heç bir yeni yoluxma və ya ölüm aşkarlanmayıb, xəstəxanalarda koronavirus pasiyenti yoxdur. Xubey əyalətində epidemiyanın başlanğıcından 68 128 yoluxma (50 333 - Uhanda) aşkar edilib. Onlardan 4 512-i (3 869 Uhanda) ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi