Çində ötən gün COVID-19-a cəmi 1 yoluxma qeydə alınıb

Çində ötən gün COVID-19-a cəmi 1 yoluxma qeydə alınıb Ötən gün Çində koronavirusdan ölüm qeydə alınmayıb
Digər ölkələr
5 May , 2020 05:47
Çində ötən gün COVID-19-a cəmi 1 yoluxma qeydə alınıb

Ötən gün Çində koronavirusdan ölüm qeydə alınmayıb

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə COVID-19 cəmi 1 yoluxma aşkarlanıb, 87 nəfər sağalıb.

Yeni yoluxma hadisəsi Şanxayda qeydə alınıb, bu, xaricdən gəlmiş ölkə vətəndaşıdır.

Komitənin bəyanatında qeyd edilir ki, Çində koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 82 881-dir, COVID-19-a yoluxmuş 77 853 insan sağalıb, 4 633 nəfər ölüb.

Hazırda daha 395 insan xəstəxanadadır, onlardan 29-nun vəziyyəti ağırdır.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi