Çində oteldə baş verən yanğında 18 nəfər həlak olub

Çində oteldə baş verən yanğında 18 nəfər həlak olub Bakı. 25 avqust. REPORT.AZ/ Çinin Heyluntszya şimal əyalətinin paytaxtı - Xarbin şəhərində oteldə baş verən yanğın nəticəsində azı 18 nəfər həlak olub.
Digər ölkələr
25 Avqust , 2018 09:54
Çində oteldə baş verən yanğında 18 nəfər həlak olub

Bakı. 25 avqust. REPORT.AZ/ Çinin Heyluntszya şimal əyalətinin paytaxtı - Xarbin şəhərində oteldə baş verən yanğın nəticəsində azı 18 nəfər həlak olub.

"Report"  "Sinxua" agentliyinə istinadən xəbər verir ki, faciə səhər tezdən baş verib.

Ümumi sahəsi təxminən 18 min kvadratmetr olan dördmərtəbəli binanın təxminən 400 kvadratmetr sahəsi yanıb.

Yanğınla mübarizə üçün beş yanğınsöndürən briqada göndərilib. Yanğının söndürülməsinə ümumilikdə 107 yanğınsöndürən cəlb edilib.

Xilasetmə işləri davam etdirilir. Yanğının səbəbi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi