Yuxarı

​Çində neft məhsulları bazasında partlayış olub

Xəsarətlə bağlı informasiya yayılmayıb

Bakı. 22 aprel. REPORT.AZ/Çinin Tszyansu əyalətində (Şərqi Çin) kimyəvi maddələr olan anbarda partlayış olub. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. 

Şahidlər bildirib ki, anbarın ərazisində kimyəvi maddələr olan 42 sistern var və onlardan birinin yanması partlayışla nəticələnib. Sisternlərdə neft məhsulu saxlanılır.

Hadisənin baş vermə səbəbi araşdırılır. Xəsarətlə bağlı informasiya yayılmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi