Çində naməlum şəxs uşaq bağçasına hücum edərək 11 azyaşlını yaralayıb

Çində naməlum şəxs uşaq bağçasına hücum edərək 11 azyaşlını yaralayıb O, hadisədən sonra cinayət törətdiyi ərazidən qaçıb
Digər ölkələr
4 Yanvar , 2017 22:45
Çində naməlum şəxs uşaq bağçasına hücum edərək 11 azyaşlını yaralayıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Çində naməlum şəxs uşaq bağçasına hücum edib.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Pinsyan rayonunda baş verib. Belə ki, bıçaqla silahlanmış naməlum şəxs məktəbəqədər tərbiyə müəssisəsində 11 azyaşlını bıçaqlayıb.

O, hadisədən sonra cinayət törətdiyi ərazidən qaçıb. Xəsarət almış azaşlıların hamısı xəstəxanaya yerləşdirilib. 

Televiziyanın məlumatına görə, onların vəziyyəti normaldır. Hadisə ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi