Çində müəllim yanlış cavaba görə şagirdi döyərək öldürüb

Çində müəllim yanlış cavaba görə şagirdi döyərək öldürüb Çində riyaziyyat müəllimi on yaşlı şagirdi onun suallarına iki dəfə yanlış cavab verdiyinə görə döyüb.
Digər ölkələr
19 Sentyabr , 2020 06:11
Çində müəllim yanlış cavaba görə şagirdi döyərək öldürüb

Çində riyaziyyat müəllimi on yaşlı şagirdi onun suallarına iki dəfə yanlış cavab verdiyinə görə döyüb.

“Report” xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti yazıb.

Nəşr bildirib ki, müəllim məktəbli qızın başına zərbə endirib və sinfin bütün şagirdləri qarşısında onu dizüstə saxlayıb.

Bundan sonra qız özünü pis hiss edib, o, xəstəxanaya çatdırılıb. Lakin həkimlər məktəblinin həyatını xilas etməyə nail olmayıblar.

Fakt üzrə araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi