Çinin Çindao şəhərindəki metroda tikinti işləri zamanı dağıntılar nəticəsində üç nəfər həlak olub, iki nəfər isə itkin düşüb.
"Report" RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə işlərin aparıldığı metronun dördüncü xəttində baş verib.
Tüneldə beş işçi vardı. Hazırda xilasedicilər üç nəfərin cəsədini tapıblar, iki nəfər itkin düşüb.
Axtarış və xilasetmə işləri davam edir.