Çində güclü meşə yanğını olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası bildirib.
Məlumata görə, hadisə Sıçuan əyalətində qeydə alınıb. Meşə yanğınının söndürülməsi zamanı azı 19 yanğınsöndürən həlak olub.
Bildirilir ki, yanğın bazar ertəsi günorta saatlarında əyalətin cənubundakı Lyanşan-İysk muxtar dairəsinin Siçan şəhəri yaxınlığında baş verib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.