Çində məktəblilərə hücum olub, xəsarət alanlar var

Çində məktəblilərə hücum olub, xəsarət alanlar var Çinin mərkəzi hissəsində Xunan əyalətində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində dörd şagird yaralanıb.
Digər ölkələr
387
7 Sentyabr , 2020 06:41
Çində məktəblilərə hücum olub, xəsarət alanlar var
0 : 00
0 : 00

Çinin mərkəzi hissəsindəki Xunan əyalətində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində dörd şagird yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Sina” informasiya portalı bildirib.

Agentliyin məlumatına görə, hadisə Çjanszyasze şəhərində olub. Polis artıq hadisəni törədən şəxsi saxlayıb.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya göndərilib. Hadisənin başvermə səbəbi araşdırılır, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi