Çinin Hubei əyalətinin Baianqpinq şəhərində bir ibtidai məktəbə olan bıçaqlı hücum nəticəsində 10 şagird xəsarət alıb.
“Report” “South China Morning Post”a istinadən xəbər verir ki, yeni təhsil ilinin ilk günü baş verən hadisədə yaralanan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Hücum edən bir nəfərin saxlanıldığı bildirilir.
Hadisəyə dair araşdırma aparılır. Polisdən hadisəyə dair məlumat verilməyib.