Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatdı

Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatdı Çinin Fucian əyalətinin Kuanjou şəhərindəki “Xinjia Express” mehmanxanasının martın 7-də çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb, 21 nəfər hələ də dağıntılar altındadır.
Digər ölkələr
9 mart 2020 08:35
Çində mehmanxananın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatdı

Çinin Fucian əyalətinin Kuanjou şəhərindəki “Xinjia Express” mehmanxanasının martın 7-də çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb, 21 nəfər hələ də dağıntılar altındadır.

“Report” “Renmin Ribao”ya istinadən xəbər verir ki, altımərtəbəli, 80 nömrəlik mehmanxana COVİD-19 virusuna yoluxanların karantini üçün istifadə edilirdi.

İlkin məlumata görə, uçan binanın altında qalmış 71 nəfərdən 50-si xilasedicilər tərəfindən çıxarılıb, 9 nəfər isə özləri dağıntılar altından xilas olub. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi