Yuxarı
    Bağlamaq

    Çində mədənin uçması nəticəsində 7 nəfər torpağın altında qalıb

    İnsident Şuymoqou rayonunda baş verib

    Bakı. 28 mart. REPORT.AZ/ Çinin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar rayonunda mədənin uçması nəticəsində 7 nəfər torpağın altında qalıb.

    "Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

    Bildirilir ki, insident Şuymoqou rayonunda yerləşən mədəndə baş verib.

    Hazırda hadisə yerinə xilasedicilər, polislər və həkimlər cəlb olunub. Uçmanın səbəbi müəyyənləşdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi