Çində leysan yağışları 18 nəfərin həyatına son qoyub

Çində leysan yağışları 18 nəfərin həyatına son qoyub Leysan yağışları çaylarda suyun səviyyəsini qaldırıb.
Digər ölkələr
17 İyul , 2017 04:43
Çində leysan yağışları 18 nəfərin həyatına son qoyub

Bakı. 17 iyul. REPORT.AZ/ Çinin Tszilin vilayətində davam edən leysan yağışlar 18 nəfərin həyatına son qoyub. Daha 18 nəfər isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə CCTV telekanalı məlumat verib.

Leysan yağışları çaylarda suyun səviyyəsini qaldırıb. 115 min nəfər insan təbii fəlakət bölgələrindən köçürülüb. Ümumilikdə yağışlar 320 min nəfərin həyatını çətinləşdirib. 

Son xəbərlər

Orphus sistemi