Çində "Lekima" qasırğası qurbanlarının sayı 48 nəfərə çatıb

Çində "Lekima" qasırğası qurbanlarının sayı 48 nəfərə çatıb Çində Lekima qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.
Digər ölkələr
13 Avqust , 2019 03:03
Çində Lekima qasırğası qurbanlarının sayı 48 nəfərə çatıb

Çində "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Anhoy vilayətinin Fövqəladə Hallar İdarəsinin məlumatında qeyd edilir ki, daha 21 nəfər itkin düşmüş sayılır.

Qasırğa ötən həftənin sonunda Çjeçzyan vilayətinin şərq sahillərinə çatıb. Küləyin gücü onun mərkəzi hissəsində saniyədə 50 metrə qədər olub. 

Qasırğa daha sonra tropik fırtınaya qədər zəifləyib. Külək ölkənin şimal-şərqində, Şandun vilayətinin sərhədlərinə çatıb. Qeyd edilir ki, ərazidə həmçinin güclü leysan yağışlar yağır. 

Daha əvvəl bildirilirdi ki, Çində "Lekima" qasırğası nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb 

Son xəbərlər

Orphus sistemi