Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb - YENİLƏNİB

Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb - YENİLƏNİB Çində yayılan virusun yeni növündən ölənlərin sayı 9 nəfərə çatıb.
Digər ölkələr
22 Yanvar , 2020 05:56
Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb - YENİLƏNİB

Çində yayılan virusun yeni növündən ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi rəhbərinin müavini Li Bin keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni tipli koronavirusa yoluxanların sayı 440 nəfərə çatıb. 


05:17***

Çində yeni tipli koronavirusa yoluxanların sayı 324 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.

Qeyd olunub ki, artıq ölkənin 14 bölgəsində yoluxanlar aşkarlanıb.

Yoluxma hallarının 270-i xəstəliyin yayılmağa başladığı Hubei əyalətində özünü göstərib.

Həmçinin 17-si Quanqdonq əyalətində, 6-sı Şanxay şəhərində, 5-i Jecianq əyalətində, 10-u Pekində qeydə alınıb

Son xəbərlər

Orphus sistemi