Çində koronavirusa yoluxma sayı artır

Çində koronavirusa yoluxma sayı artır Çində koronavirusa 2 461 kəskin formalı yoluxma halı qeydə alınıb.
Digər ölkələr
18 Mart , 2022 09:50
Çində koronavirusa yoluxma sayı artır

Çində koronavirusa 2 461 kəskin formalı yoluxma halı qeydə alınıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Daha 1 226 nəfərdə isə simptomsuz yoluxma qeydə alınıb. Çində kəskin formalı və simptomsuz yoluxma halları ayrıca hesablanır.

Hökumətin qapanma da daxil olmaqla sərt tədbirlər görməsinə baxmayaraq, ölkədə yoluxma halları artmaqdadır.

Xatırladaq ki, pandemiya başlayandan sonra Çində 126 324 yoluxma halı qeydə alınıb. Virusa yoluxmuş 4 636 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi