Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb Çin Xalq Respublikasında yeni növ pnevmaniyaya yoluxanların və ölənlərin sayı artıb.
Digər ölkələr
28 Yanvar , 2020 04:55
Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Çin Xalq Respublikasında yeni növ pnevmaniyaya yoluxanların və ölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Vani” portalı bildirib.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı 82 nəfərə çatıb. Bu virusa yoluxanların sayı isə artaraq 2889 nəfər olub.

İnzibati ərazi vahidləri arasında xəstəliklərin sayı üzrə birinci yeri əvvəlki kimi Uhan şəhərinin inzibati mərkəzi Hubey (1423 yoluxma hadisəsi) tutur. Siyahıda sonrakı yerdə Quandun (151 hadisə), Çjeszyan (128 hadisə) və Henan (128 hadisə) qərarlaşıb. Pekində xəstəliyə 80 yoluxma hadisəsi aşkarlanıb. Xeylunszyan əyalətində isə 21 nəfər koronavirusa yoluxub.

Daha əvvəl hakimiyyət 2 min 857 nəfərin virusa yoluxduğunu xəbər verirdi. 

Son xəbərlər

Orphus sistemi