Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötdü

Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötdü Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.
Digər ölkələr
602
13 Mart , 2020 07:19
Çində koronavirusa yoluxanların sayı 80 min nəfəri ötdü

Ötən gün ərzində Çində yeni tip koronavirus qurbanlarının sayı 7 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 8 nəfər artıb, ölkədə daha 1 318 insan sağalıb və xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, Çində koronavirusa yoluxanların ümumi sayı 80 813 nəfər təşkil edir. Ölkənin 64 111 sakini yeni virusdan sağalıb, 3 176 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi