Çində aviareyslər təxirə salınır

Çində aviareyslər təxirə salınır Çində koronavirusun yayılması ilə bağlı ölkədə turizmi məhdudlaşdıran sərt tədbirlər nəticəsində hava yolu şirkətləri ixtisarlar etmək məcburiyyətində qalır.
Digər ölkələr
14 Fevral , 2020 19:46
Çində aviareyslər təxirə salınır

Çində koronavirusun yayılması ilə bağlı ölkədə turizmi məhdudlaşdıran sərt tədbirlər nəticəsində hava yolu şirkətləri ixtisarlar etmək məcburiyyətində qalır.

“Report” FT-yə istinadən xəbər verir ki, hazırda Çin hava yolu şirkətlərinə məxsus təyyarə parkının üçdə ikisinə qədəri fəaliyyətsizdir.

Uzaq Şərqdə Yeni il bayramının başladığı 27 yanvar tarixindən fevralın 12-dək 10,21 milyon sərnişin daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 70% azdır. Bu barədə Çin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Sərnişin axınının kəskin azalması səbəbindən hava yolu şirkətləri uçuşları təxirə salaraq pilotları da ödənişsiz məzuniyyətə göndərməli olub. Mövcud vəziyyət “Air China”, “China Eastern Airlines”, “China Southern Airlines” kimi iri şirkətlərin daha bir neçə ay davam gətirə biləcəyi, lakin borclar altında qalan nisbətən kiçik şirkətlərin bu minvalla təhlükə qarşısında qalacağı bildirilir.  

Son xəbərlər

Orphus sistemi