Çində koronavirus qurbanlarının sayı artdı

Çində koronavirus qurbanlarının sayı artdı Çində koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
6 Mart , 2020 05:43
Çində koronavirus qurbanlarının sayı artdı

Çində koronavirusdan ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 042 nəfərə çatıb. Qeyd edilir ki, ölkədə 53,7 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Ötən gün Çində koronavirusdan 30 nəfər ölüb, 1 681 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb. 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 552 nəfərə çatıb. 

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 95 333 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi