Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü Çində koronavirus qurbanlarının sayı artıb.
Digər ölkələr
454
5 Mart , 2020 04:45
Çində koronavirus qurbanlarının sayı 3000 nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərə çatıb. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb. 

Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağaldığı xəbər verilib. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi