Çində koronavirus daşıyıcılarının 77%-i sağalıb

Çində koronavirus daşıyıcılarının 77%-i sağalıb Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, 77%-i sağalaraq xəstəxanadan evə buraxılıb.
Digər ölkələr
376
12 Mart , 2020 08:31
Çində koronavirus daşıyıcılarının 77%-i sağalıb

Çində indiyədək koronavirusa yoluxmuş şəxslərin, 77%-i sağalaraq xəstəxanadan evə buraxılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Son göstəricilərə görə, Çinin materik hissəsində koronavirusa yoluxma faktlarının sayı 80 793-dür. Qeyd edilir ki, bunlardan 62 793 nəfəri sağalaraq evə buraxılıb.

Ümumilikdə virus 3 169 nəfərin həyatına son qoyub. Ölüm nisbəti 3,9% təşkil edir.

Qeyd edək ki, koronavirusun yayılmağa başladığı Hubey vilayəti istisna olmaqla Çində indəyədək 13 012 yoluxma faktı qeydə alınıb. Onlardan 113-ü ölümlə nəticələnib. Ölüm faizi 0,86% təşkil edib. Hubey vilayətində isə ölüm 4,5%-dir.

Son xəbərlər

Orphus sistemi