Çində kömür şaxtasında partlayış: 32 ölü

Çində kömür şaxtasında partlayış: 32 ölü Xeyli sayda yaralı var
Digər ölkələr
1291
4 Dekabr , 2016 02:53
Çində kömür şaxtasında partlayış: 32 ölü

Bakı. 4 dekabr. REPORT.AZ/ Çinin Çifen şəhərində (Daxili Monqolustan muxtar rayonu, Şimali Çin) kömür şaxtasında mədən qazının partlayışı 32 mədən fəhləsi həlak olub.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi muxtar rayon hökumətinin sədr müavini Van Boya istinadən xəbər verib.

"Xeyli sayda yaralı var" - deyə məlumatda qeyd edilir.

Məlumata görə, hadisə zamanı yerin altında 181 şaxtaçı olub. Onlardan 149-nun həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 11:30-da "Baoma" dağ-mədən müəssisəsinin ərazisində, Yuanbaoşan rayonunda baş verib. "Hadisənin baş verməsinə görə təqsirkar şəxslər artıq saxlanılıb" – deyə Daxili Monqolustan hökumətinin rəsmisi bildirib. 

Son xəbərlər

Orphus sistemi