Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var

Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var Çinin şimal-şərqində Qirin (Szilin) şəhərində kimyəvi lif istehsalı üzrə zavodda zəhərli qaz sızmasına görə beş işçi həlak olub, daha səkkiz nəfər zərər çəkib
Digər ölkələr
28 Fevral , 2021 08:10
Çində kimyəvi zavodda qaz sızması baş verib, ölənlər var

Çinin şimal-şərqində Qirin (Szilin) şəhərində kimyəvi lif istehsalı üzrə zavodda zəhərli qaz sızmasına görə beş işçi həlak olub, daha səkkiz nəfər zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə bazar günü paytaxtın "Sinszinba" qəzeti bildirib.

Nəşrin məlumatına görə, fövqəladə hadisə yerli vaxtla saat 21:30-da (Bakı vaxtı ilə saat 17:30-da) olub. Araşdırmanın ilkin nəticələrinə əsasən, hadisəyə sexlərdən birində ventilyasiya avadanlığının qəfil sınması səbəb olub.

Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını müəyyənləşdirir, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi