Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Çinin şərqində yerləşən Şandun əyalətindəki kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər itkin düşüb, daha 2 nəfər isə yaralanıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı Mərkəzi Çin televiziyası yayıb.
İnsident Pinyi mahalında baş verib. Hazırda zavodda xilasetmə işləri aparılır, qəzanın başvermə səbəbləri araşdırılır.