Çində kağız fabrikində qaz zəhərlənməsindən yeddi nəfər ölüb

Çində kağız fabrikində qaz zəhərlənməsindən yeddi nəfər ölüb Bakı. 16 fevral. REPORT.AZ/ Çinin cənubundakı Quandun vilayətində qaz zəhərlənməsi səbəbindən 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Digər ölkələr
16 Fevral , 2019 12:18
Çində kağız fabrikində qaz zəhərlənməsindən yeddi nəfər ölüb
AP Photo / Ng Han Guan

Bakı. 16 fevral. REPORT.AZ/ Çinin cənubundakı Quandun vilayətində qaz zəhərlənməsi səbəbindən 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə "Shuangzhou Paper" şirkətinə məxsus Dunquan şəhər dairəsindəki Çjuntan kəndində yerləşən kağız fabrikində baş verib.

Araşdırmalar göstərib ki, 9 işçi çirkab sularının tənzimləndiyi rezervuarda qapalı vəziyyətdə qalıb. Onların ora necə və hansı səbəbdən düşdüya məlum deyil. Hadisə yerinə gələn yanğınsöndürənlər bütün işçiləri rezervuarlardan sağ çıxarıb xəstəxanaya göndərsə də, həkimlərin səylərinə baxmayaraq, yeddi nəfər çirkab sularından ayrılan qazdan zəhərləndiklərinə görə ölüb. Digər iki nəfərin vəziyyəti isə sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi