Çində internet istifadəçilərinin sayı 989 milyonu ötüb

Çində internet istifadəçilərinin sayı 989 milyonu ötüb Ötən ilin sentyabr ayından etibarən Çin Xalq Respublikasında internet istifadəçilərinin sayı 5,2% artaraq 989 milyon nəfəri keçib.
Digər ölkələr
3 Fevral , 2021 07:05
Çində internet istifadəçilərinin sayı 989 milyonu ötüb

Ötən ilin sentyabr ayından etibarən Çin Xalq Respublikasında internet istifadəçilərinin sayı 5,2% artaraq 989 milyon nəfəri keçib.

“Report”un məlumatına görə, bu barədə Çin Şəbəkə Məlumat Mərkəzi xəbər yayıb.

Nəşr olunan hesabata görə, beş ay ərzində əhalinin qlobal şəbəkəyə giriş əmsalı 3,4 faiz bənd artaraq 70,4% -ə çatıb. 2020-ci ildə tarixdə ilk dəfə olaraq ölkədəki internet sənayesinin ümumi məhsulu 100 trilyon yuanı (15,4 trilyon ABŞ dolları) keçib.

Qeyd olunub ki, internetdə alış-veriş edən sakinlərin sayı 782 milyon nəfər təşkil edib. Təkcə ötən il ərzində Çin sakinləri internetlə 1,81 trilyon ABŞ dolları məbləğində alver edib.

Son xəbərlər

Orphus sistemi