Çində iki qayığın toqquşması nəticəsində 17 nəfər ölüb

Çində iki qayığın toqquşması nəticəsində 17 nəfər ölüb Qəza yarışa hazırlaşan zaman baş verib
Digər ölkələr
22 Aprel , 2018 06:15
Çində iki qayığın toqquşması nəticəsində 17 nəfər ölüb

Bakı. 22 aprel. REPORT.AZ/ Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunun Quylin dairəsində çayda iki "əjhada" qayığının toqquşması nəticəsində 17 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat yayıb.

Hadisə şənbə günü adətən Yay bayramı günü üçün yarışlara hazırlaşan iki qayığın toqquşması nəticəsində baş verib. Həmin gün keçirilən yarışlarda əjdahanın başı və quyruğu şəklində bəzədilmiş qayıqlar iştirak edir.

Toqquşmadan sonra qayıqlar çevrilib, 57 nəfər suya düşüb, onlardan 40 nəfərini xilas etmək mümkün olub. 

Son xəbərlər

Orphus sistemi