Çində iki qadın 19 kişiyə "ərə gedib"

Çində iki qadın 19 kişiyə "ərə gedib" Çində kəbin fırıldağı ilə məşğul olan iki qadının 19 kişiyə “ərə gedərək” qubanlarından 2 milyon yuan (314 353 ABŞ dollar) məbləğində hədiyyə qoparıblar.
Digər ölkələr
1 İyun , 2021 18:01
Çində iki qadın 19 kişiyə ərə gedib

Çində kəbin fırıldağı ilə məşğul olan iki qadının 19 kişiyə “ərə gedərək” qurbanlarından 2 milyon yuan (314 353 ABŞ dolları) dəyərində hədiyyə alıblar.

“Report” “South China Morning Post”a istinadən xəbər verir ki, onlar əsasən Çinin şimal-qərbində yerləşən Qansu və Daxili Monqolustan Muxtar Rayonlarında "fəaliyyət göstəriblər".

Onların qurbanları kənddən olan 20-40 yaş arasında kişilər olub.

Dələduz qadınlar “evləndikləri” kişilərə kəbinin qeyri-rəsmi olacağını vəd ediblər.

Onların fırıldağını gəlinin toyunu internetdə birbaşa yayımda görən 35 yaşlı “qurban” aşkarlayıb. Bundan sonra o, “həmkarlarını” axtararaq onlara məlumat verib. Bunun ardınca onlar polisə müraciət ediblər. 35 yaşlı kişi bildirib ki, iki aylıq kəbin müddətində onun arvadı cəmi 10 gün evdə olub. O, başqa əyalətə anasını görməyə getmək adı altında evdən çıxıb.

Kəbin dələduzları saxlandıqdan sonra 2019-cu ildə ən azı 19 kişinin onların fırıldaqlarının qurbanı olduğu məlum olub.

Son xəbərlər

Orphus sistemi