​Çində idman komitəsi sədrinin müavini rüşvətə görə partiyadan çıxarılıb

​Çində idman komitəsi sədrinin müavini rüşvətə görə partiyadan çıxarılıb Yaxın günlərdə onun məsələsi ilə bağlı iş hüquq-mühafizə orqanlarına göndəriləcək
Digər ölkələr
24 Sentyabr , 2015 10:29
​Çində idman komitəsi sədrinin müavini rüşvətə görə partiyadan çıxarılıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Çin Xalq Respublikasının bədən tərbiyəsi və idman işləri üzrə dövlət idarəsi başçısının keçimiş müavini Syao Tyan ölkədə hakim və yeganə siyasi təşkilatın - Kommunist Partiyasının sıralarından çıxarılıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV-lər məlumat yayıb.

"Syao Tyan ciddi qanun və nizam-intizam pozuntusunda şübhəli bilinir", - xəbərdə vurğulanıb.

Məlumata görə, yaxın günlərdə onun məsələsi ilə bağlı iş hüquq-mühafizə orqanlarına göndəriləcək.

Xəbərə əsasən, Syao Tyan partiyadan korrupsiyaya görə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi