Çində güclü yanğın olub, ölənlər və xəsarət alanlar var

Çində güclü yanğın olub, ölənlər və xəsarət alanlar var Bakı. 2 dekabr. REPORT.AZ/ Çində güclü yanğın hadisəsi olub.
Digər ölkələr
2 Dekabr , 2018 08:26
Çində güclü yanğın olub, ölənlər və xəsarət alanlar var

Bakı. 2 dekabr. REPORT.AZ/ Çində güclü yanğın hadisəsi olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Yunnan vilayətinin Kunmin şəhərində baş verib.

Hadisə zamanı 8 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb. Polis bildirib ki, üç nəfər yanan binada alovdan xilas olmaq üçün hündürlükdən atılarkən aldıqları xəsarətlərdən ölüb.

Yaralılara ilk tibbi yardım göstərilib və onların hamısı xəstəxanaya yerləşdirilib. Hadisə yerində polis və xilasedicilər işləyir.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi