Çində güclü yağışa görə 70 mindən çox insan fəlakət zonasında qalıb

Çində güclü yağışa görə 70 mindən çox insan fəlakət zonasında qalıb Bölgənin 18 şəhər və mahalında güclü yağış yağıb
Digər ölkələr
8 May , 2021 09:43
Çində güclü yağışa görə 70 mindən çox insan fəlakət zonasında qalıb

Çinin mərkəzi Hunan vilayətində şiddətli leysan yağışı və daşqın təhlükəsi səbəbindən 70 mindən çox insan fəlakət zonasında qalıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, bölgənin 18 şəhər və mahalında güclü yağış yağıb. Xilasetmə xidməti ərazidən 1 800-dən çox sakini təxliyə edib.

Yerli meteoroloji xidmət bəzi çaylarda suyun səviyyəsinin bir-altı metr qalxdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi