Yuxarı
    Bağlamaq

    Çində partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb, 20 yanğınsöndürən itkin düşüb - VİDEO - YENİLƏNİB 3

    Hadisə tezalışan maddələr anbarında baş verib

    Bakı. 13 Avqust. REPORT.AZ/ Son məlumatlara görə, Çinin liman şəhəri Tyantszinin tezalışan maddələr anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

    "Report" "Sina" nəşrinə istinadən xəbər verir ki, həmçinin partlayış yerində işləyən təqribən 20 yanğınsöndürən hazırda itkin düşmüş hesab olunur.

    Təkrar partlayış nəticəsində onlarla əlaqə kəsilib.

    *** 03:12

    Bakı. 13 Avqust. REPORT.AZ/ Avqustun 12-də Çinin liman şəhəri Tyantszinin tezalışan maddələr anbarında baş verən partlayış nəticəsində 13 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, hadisə nəticəsində daha 248 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, 11 nəfərin vəziyyəti son dərəcə ağırdır.

    *** 01:03

    Bakı. 13 Avqust. REPORT.AZ/ Pekinin cənub-şərqində yerləşən liman şəhəri Tyantszində tezalışan maddələr anbarında baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı yüz nəfərə çatıb.

    "Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, partlayış baş verən ərazidə güclü yanğın başlayıb.

    Anbarda birinci partlayışdan sonra qonşu müəssisədə ikinci partlayış baş verib. Yaralıların sayının artdığı bildirilir. Hadisə yerində 200-dən yuxarı tibbi işçisi işləyir.

    *** 23:35

    Bakı. 12 Avqust. REPORT.AZ/ Çinin Tyantszin şəhərində baş verən güclü partlayış nəticəsində 50-dən çox insan xəsarət alıb.

    "Report" xəbər verir ki, bu barədə zərərçəkənlərin çatdırıldığı xəstəxananın əməkdaşları məlumat veriblər.

    Məlumata görə, on kilometr məsafədə yayılan partlayış dalğasının gücündən bəzi evlərin şüşələri qırılıb.

    Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi