Çində göyərtəsində 400-dən çox insanın olduğu kruiz gəmisi batıb - YENİLƏNİB

Çində göyərtəsində 400-dən çox insanın olduğu kruiz gəmisi batıb - YENİLƏNİB Hazırda xilasetmə işləri aparılır
Digər ölkələr
2 İyun , 2015 03:19
Çində göyərtəsində 400-dən çox insanın olduğu kruiz gəmisi batıb - YENİLƏNİB

Bakı. 02 İyun. REPORT.AZ/ Bazar ertəsi Yantsızı çayında batan sərnişin gəmisində 397 Çin vətəndaşı, 5 turizm şirkəti əməkdaşı və 42 heyət üzvü olub.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, hazırda təqribən 20 nəfər xilas edilib.

İlk xəbər saat 02:46-da dərc olunub

Yantsızı çayının Çinin şərqindən keçən hissəsində göyərtəsində 400-dən çox sərnişinin olduğu gəmi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, "Şərq ulduzu" adlı çay teploxodu Hubey əyalətində batıb.

Gəmi Nankindən Çuntsinə hərəkət edirmiş. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi