Çində göydələn tikintisinə məhdudiyyətlər tətbiq edilib

Çində göydələn tikintisinə məhdudiyyətlər tətbiq edilib Çin hökuməti yeni “göydələn” binaların tikintisinə dair bir sıra məhdudiyyətlər tətbiq edib.
Digər ölkələr
27 Oktyabr , 2021 15:48
Çində göydələn tikintisinə məhdudiyyətlər tətbiq edilib
0 : 00
0 : 00

Çin hökuməti yeni göydələn binaların tikintisinə bir sıra məhdudiyyətlər tətbiq edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mənzillər və Şəhər-Kənd İnkişafı Nazirliyinin və Fövqəladə Halları İdarəetmə Nazirliyinin birgə açıqlamasında bildirilir.

Belə ki, bundan belə əhalisi 3 milyonadək olan şəhərlərdə 250 m-dən hündür yeni bina tikmək qadağandır, 150 m-dən hündür binalar isə yalnız xüsusi icazə almaq şərtilə tikilə bilər. Daha böyük şəhərlərdə isə 250 m-dən hündür binaların tikintisi üçün xüsusi icazə tələb edilir.

Qeyd edək ki, bu ilin iyul ayında ölkə boyu 500 metrdən hündür binanın tikintisinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi