Çində gəmidə qaz sızması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Çində gəmidə qaz sızması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB Çinin Şandun əyalətinin Junçen şəhər limanında dayanmış gəmidə qaz sızması nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
26 May , 2019 09:53
Çində gəmidə qaz sızması nəticəsində ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Çinin Şandun əyalətinin Junçen şəhər limanında dayanmış gəmidə qaz sızması nəticəsində ölənlərin sayı artıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatında bildirilir.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Qaz sızması zamanı daha 19 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti sabit qiymətləndirilir. 

İnsanların karbon qazından zəhərlənərək öldükləri bildirilir.


***02:30

Şənbə günü Çinin Şandun əyalətinin Junçen şəhər limanında dayanmış gəmidə qaz sızması nəticəsində 8 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxayın "Penpay" portalı məlumat yayıb.

İnsanların karbon qazından zəhərlənərək öldükləri bildirilir.

Son xəbərlər

Orphus sistemi