Yuxarı

Çində G20-nin sammiti öz işinə başlayıb

Sammit işini sentyabrın 5-də yekunlaşdıracaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

"Report" xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.

G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.

Sammit öz işini sentyabrın 5-də yekunlaşdıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi