Çində fabrikdə yanğın 7 nəfərin həyatına son qoyub

Çində fabrikdə yanğın 7 nəfərin həyatına son qoyub Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki fabrikdə baş verən yanğında azı 7 nəfər ölüb.
Digər ölkələr
14 Mart , 2022 08:44
Çində fabrikdə yanğın 7 nəfərin həyatına son qoyub

Çinin şimalındakı Daxili Monqolustan Muxtar bölgəsindəki fabrikdə baş verən yanğında azı 7 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Yanğın yerli vaxtla saat 02:08-də (Bakı vaxtı ilə - 22:08) Baotou şəhərindəki müəssisədə baş verib. Bir saat sonra yanğın nəzarət altına alınıb, 7 nəfərin itkin düşdüyü bildirilib.

Saat 06:40-da (Bakı vaxtı ilə - 02:40) xilasetmə işləri başa çatdırılıb, itkin düşən 7 nəfərin cəsədi tapılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir, araşdırma aparılır.

İngilis versiyası Fire at China plant kills 7

Son xəbərlər

Orphus sistemi