Çində fabrikdə partlayış olub, ölənlər var

Çində fabrikdə partlayış olub, ölənlər var Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var.
Digər ölkələr
18 fevral 2024 10:21
Çində fabrikdə partlayış olub, ölənlər var

Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb.

Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Partlayış yerində xilasetmə işləri davam edir. Hadisənin səbəbi barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi